AZ EN RU

MN: Qanunsuz erməni silahlılarının fortifikasiya qurğularını quraşdırmağa cəhdin qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - məlumatda qeyd edilib.

Nəşr edilib : 11.07.2023 10:09