AZ EN RU

MN: "Qanunsuz erməni silahlıları sərnişin təyyarələrinə radiomaneələr tətbiq ediblər, peyk sistemlərində fasilə yaranıb"

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 19-u Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Nəşr edilib : 19.09.2023 10:30