AZ EN RU

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması barədə məlumat yalandır

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.\

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.

Nəşr edilib : 18.08.2023 09:06