AZ EN RU

MN: Kəlbəcər istiqamətində mühəndis işləri görən traktorumuz erməni bölmələri tərəfindən atəşə tutulub

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

Nəşr edilib : 13.06.2023 14:58