AZ EN RU

MN: Ermənistan ordusunun birləşmələri silahı yerə qoyub təslim olsa, antiterror tədbirləri dayandırılacaq

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır.

Nəşr edilib : 19.09.2023 23:17