AZ EN RU

MN: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Nəşr edilib : 19.06.2023 10:13