AZ EN RU

MN: Azərbaycan Ordusunun Zod istiqamətində PUA tətbiq etməsi ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik", - nazirlikdən bildirilib.

Nəşr edilib : 01.09.2023 14:13