AZ EN RU

MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır"

"Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır".

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb", - nazirlikdən bildirilib.

Nəşr edilib : 22.06.2023 16:49