AZ EN RU

M.M.Ağayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,11 noyabr 2023-cü il

Nəşr edilib : 11.11.2023 15:59