AZ EN RU

MM-in yaz sessiyasının işləri planına daxil edilmiş iki layihə qəbul edilməyib - SİYAHI

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş iki qanun layihəsi qəbul edilməyib.

Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Nəşr edilib : 31.05.2024 13:38