AZ EN RU

Misirdə “Azərbaycanı kəşf et” layihəsinin 4-cü buraxılışına başlanılıb

Misirin dövlət kanalı olan “Nile news”da “Azərbaycanı kəşf et” layihəsindən bəhs edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, “Bu səhər” adlı verilişin əvvəlində müasir Azərbaycanın tanıtımına həsr olunmuş təqdimat nümayiş olunub. “Azərbaycanı kəşf et” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf və ICESCO-nun gənc sülh səfiri Sandi Salem ölkəmiz haqqında geniş məlumat verərək, “Azərbaycanı kəşf et” layihəsindən bəhs ediblər.

Adıçəkilən layihəyə yerli ictimaiyyət tərəfindən böyük marağın olduğu vurğulanaraq, artıq layihənin 4-cü buraxılışına start verildiyi elan edilib. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sözügedən müsabiqənin növbəti buraxılışının da yaşıl dünya naminə həmrəyliyə həsr olunduğu bildirilib.

Nəşr edilib : 02.04.2024 08:58