AZ EN RU

“Misilsiz tarixi əhəmiyyətli qələbənin memarı” mövzusunda tədbir keçirilib

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Şəhər, Qəsəbə Kənd Bələdiyyələri Assosasiyaları ilə birgə təşkli olunan tədbirdə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları, muxtar respublika üzrə bələdiyyələrin sədrləri və qulluqçuları iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Bələdiyyələrlə  iş  mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov çıxış edərək bildirib ki, 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən möhtərəm Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib. Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.  Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Digər çıxış edənlər tərəfindən cənab Prezident İlham Əliyevin ötən 20 il ərzində dövlətimizin inkişafı istiqamətində gördüyü işlər, apardığı uğurlu daxili və xarici siyasətindən bəhs edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentlik fəaliyyətinin qısa dövründən bəhs edən “Zəfərə gedən 20 il adlı” sənədli film izlənilib.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.10.2023 17:58