AZ EN RU

Mirzoyan eston həmkarına Azərbaycanla sərhədlərin delimitasiyası prosesi barədə danışıb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığı aparıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Regional hadisələr kontekstində A.Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların gedişatını təqdim edib. O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ikitərəfli münasibətlər və Ermənistan-Avropa İttifaqı əməkdaşlıq gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər. Onlar Ermənistan və Estoniya arasında genişlənən siyasi dialoqdan məmnun olduqlarını bildiriblər.

Nəşr edilib : 24.05.2024 17:39