AZ EN RU

"Mir Kazım ağa" kəhrizi təmir edilib

Son günlərdə muxtar respublikada yağan intensiv yağışlar bir sıra fəsadlara yol açmışdır. Belə ki, Culfa rayonunun Əbrəqunus kəndində yağış və sel suları nəticəsində  “Mir Kazım ağa” kəhrizinin quyusunda uçqun baş verib. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəhrizlər İdarəsinin əməkdaşları dərhal kəhrizə baxış keçirib və cari təmir-bərpa işlərinə başlayıblar. Görülən işlər nəticəsində quyu təmizlənib, 5 metr kürə təmir olunub. Kəhrizdə işlər yekunlaşıb və kənd sakinlərinin istifadəsinə verilib.

Nəşr edilib : 18.05.2024 13:59