AZ EN RU

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

    Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər yanvar ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 30 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb. 
    Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 475 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərdən 291-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
    Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 184 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 31-i elektron poçt üzərindən qəbul edilmişdir.
    Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
 mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 21:05