AZ EN RU

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

    Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər noyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 50 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb. 
    Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 674 müraciət daxil olub ki, onlardan 375-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
    Hesabat ayında olduğu yer üzrə qeydiyyatla bağlı 299 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 138-i elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 13.12.2022 18:45