AZ EN RU

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

    Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər sentyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 72 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb. 
    Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 1290 müraciət daxil olub ki, onlardan 686-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
    Hesabat dövründə olduğu yer üzrə qeydiyyatla bağlı 604 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 367-si elektron poçt üzərindən qəbul edilib. Xidmət tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
 Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 12.10.2022 19:22