AZ EN RU

Minskdə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi Belarus Respublikasının Milli Kitabxanasında “Qobustan” Azərbaycan İctimai Birliyinin sədri, Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərovun və “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə baş tutub. Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Nəşr edilib : 11.03.2024 15:44