AZ EN RU

Minifutbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Uşaq-gənclər idman məktəbinin minifutbol meydançasında ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında minifutbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi və gənclərin sağlam həyat tərzinə cəlb olunması olub. İlk öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, komandalara bundan sonrakı idman həyatlarında uğurlar arzulayıb. 7 komandanın iştirak etdiyi birinciliyin yekununa əsasən Naxçıvan Dövlət Universitetinin komandası I, Naxçıvan Müəllimlər İnstitutunun komandası II, Naxçıvan Dövlət Texniki Kollecin və Heydər Əliyev adına Hərbi liseyin komandaları III yerə layiq görülüb. Yer tutan komanda və komanda üzvləri təşkilatçıların diplomları ilə təltif olunublar.
Turnir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəblərinin təşkilatçılığı ilə keçirilib.

Nəşr edilib : 18.04.2024 16:56