AZ EN RU

Minifutbol turniri başa çatıb

    Yeni Azərbaycan Partiyasının üzvləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muxtar respublika turniri başa çatıb.
    18-35 yaşlı partiya üzvlərini əhatə edən “Heydər Əliyev kuboku” turnirinin görüşləri Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü minifutbol meydançasında keçirilib. İki gün davam edən mübarizədə mükafatçılar olimpiya sisteminə əsasən müəyyən edilib. 
    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparıb. Turnirin üçüncü yer uğrunda keçirilən görüşündə “Şərur” komandası “Babək” komandası ilə qarşılaşıb və qalib gəlib. Final oyununda isə “Culfa” komandası “Şahbuz” komandasını məğlub etməklə kuboku baş üzərinə qaldırıb.
    Sonda ilk üç pillədə qərarlaşan komandaların üzvləri diplomla təltif ediliblər. Turnirin əsas mükafatı olan kubok isə “Culfa” komandasına təqdim olunub. 
    Turniri keçirməkdə məqsəd ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, gənc partiya üzvlərinin asudə vaxtının səmərəli təşkili və minifutbola olan marağın artırılmasından ibarət olub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 27.05.2022 21:21