AZ EN RU

Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbirlərə start verilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qız boksçular arasında muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarış muxtar respublikada boksun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyıb.

Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə 12 çəki dərəcəsi üzrə görüşlər keçirilib.

Rinqdə daha effektiv döyüş nümayiş etdirən İlham Əliyev (Naxçıvan, 46 kiloqram), Kamran Rəsulov (Naxçıvan, 48 kiloqram), Məhəmmədəli Qasımov (Naxçıvan, 50 kiloqram), Elbrus Kərimli (Naxçıvan, 52 kiloqram), Ayxan Heydərov (Naxçıvan, 54 kiloqram), Elgün Rzalı (Ordubad, 57 kiloqram), Sərxan Abdullayev (Sədərək, 58 kiloqram), Turqay Paşayev (Kəngərli, 60 kiloqram), Gülay Hümbətova (Naxçıvan, 63 kiloqram), Əli Abdullazadə (Naxçıvan, 66 kiloqram), Lalə Namazlı (Şərur, 70 kiloqram) və Kənan Allahverdiyev (Naxçıvan, 80 kiloqram) müvafiq çəki dərəcələri üzrə birinci olublar.

Qalib və mükafatçılara diplom və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.03.2022 16:25