AZ EN RU

Milli Observatoriya nazirliyin əməkdaşları üçün təlimlər keçirib

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan əməkdaşlara ümumi və funksional sahələr üzrə təlimlər keçirilib.
İştirakçılara  “Pensiya təminatı”, “MS Excel” “İnsan resurslarının idarə edilməsi”,  “Effektiv liderlik üçün təqdimat bacarıqları” və “Təqdimat bacarıqları” mövzuları barədə ətraflı məlumatlar verilib.
Təlimin keçirilməsində məqsəd əməkdaşların funksional sahələr üzrə praktiki bilik və bacarıqlarının artırılması, müasir təlim metodlarından istifadə etməklə effektiv təqdimat bacarıqlarının təkmilləşdirilməsidir.

Nəşr edilib : 17.04.2024 15:09