AZ EN RU

Milli Musiqi Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir

    Babək Rayon Mədəniyyət Sarayında Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı təqdim edilib. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov, dirijoru Hakim Məmmədlidir.

    Orkestr konsert proqramına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Prezident mükafatçıları Nurlan Nuriyev, Samir İsmayılov, istedadlı müğənnilər Cəfər Tağıyev, Bəhruz Quliyev və Rüstəm İbrahimovun ifasında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu və digər görkəmli bəstəkarlarımızın müəllifi olduğu mahnılar, eləcə də orkestrin ifa etdiyi musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2022 19:46