AZ EN RU

Milli Məclisin xüsusi iclası keçirilib, İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat qəbul olunub

Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.

İclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunub.

Bəyanatı deputat Hikmət Babaoğlu səsləndirib.

Bəyanatda bildirilir ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib.

Sənəddə həmçinin qeyd olunur ki, hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.

Nəşr edilib : 12.10.2023 14:43