AZ EN RU

Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçirilir

İyunun 12-də Milli Məclisdə “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilir.

Dinləmədə ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak edirlər.

Dinləməni giriş nitqi ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva açaraq bildirib ki, tarixi-mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək.

Nəşr edilib : 12.06.2023 12:19