AZ EN RU

Milli Məclisdə Ali, Appelyasiya və bölgə üzrə məhkəmə hakimlərinin namizədliyi məsələsi müzakirə olunur

Aprelin 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında növbəti iclası keçirilir.
İclasın gündəliyinə 7 məsələ daxil edilib.
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında;
2. M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında;
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında;
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında;
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında;
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında;
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

Nəşr edilib : 01.04.2024 11:49