AZ EN RU

Milli Məclis Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib

Milli Məclis Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi fevralın 1-də Milli Məclisin plenar iclasında müzakirə edilib.

Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa şəhərində imzalanıb.

Nəşr edilib : 01.02.2022 12:46