AZ EN RU

Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32 ci bəndlərini rəhbər tutaraq Milli Aviasiya Akademiyasının 30 illiyi münasibətilə qərara alıram:

1. Milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Dadaşov Fuad Həsən oğlu

Mahmudlu Firdovsi Ələddin oğlu.

2. Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar müəllim”

Abdullayev Pərviz Şahmurad oğlu

Məcidova Valentina Qurban qızı

“Əməkdar mühəndis”

Musayev Aydın Ərəstun oğlu

Nəbiyev Rasim Nəsib oğlu

Nizamov Telman İnayət oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2023-cü il

Nəşr edilib : 26.01.2023 14:13