AZ EN RU

Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib.
Bu barədə Azərbaycanın baş iqtisadçısı sosial şəbəkədə bildirib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.

Nəşr edilib : 28.04.2024 14:11