AZ EN RU

“Micro: bit CODING” və “Sosial texnologiyalar” müsabiqələri keçirilib

    Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təlim-Tədris Mərkəzində STEAM təhsili üzrə məktəblilər arasında ilk dəfə olaraq  “Micro: bit CODING” və “Sosial texnologiyalar” müsabiqələri keçirilib.
    Tədbirdə Naxçıvan  Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov çıxış edərək bildirib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənc­lərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 154 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Bu sahədə müəyyən işlər görülsə də məktəblərdə bu fənnin tədrisi lazımi səviyyədə aparılmayıb, müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində  lazımi tədbirlər həyata keçirilməyib. 
    Qeyd olunub ki, cari tədris ilində STEAM təhsilinin istiqamətli inkişafı üçün  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə qarşılıqlı əlaqələr genişləndiriləcək, müəllimlərin kurslara cəlbi, STEAM kabinələrində avadanlıqların təminatı yüksəldiləcək. 
    Daha sonra müsabiqəyə start verilib. Müsabiqələrdə 46 komanda olmaqla, 120-yə yaxın müəllim və şagird iştirak edib. 
    Sonda qaliblər sertifikat və medalla mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2023 20:56