AZ EN RU

Məzahir Pənahov: Yeddi nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Prezidentliyə namizədlərdən 7 nəfər vaxtında sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib və onların hamısı qeydə alınıb.

Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, qeydə alınan namizədlərdən 5-i siyasi partiyalardan, 2-si isə öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlərdir.

Nəşr edilib : 09.01.2024 17:29