AZ EN RU

Məzahir Pənahov: Seçkilərə üç gün qalanadək bülletenlər məntəqə seçki komissiyalarına təqdim olunmalıdır

Seçki bülletenlərinin çapına artıq başlanılıb. Hesab edirik ki, bir həftəyə çap işi başa çatacaq. Lakin paylanma prosesi üçün çap işlərinin başa çatmasını gözləmirik.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 24-də jurnalistlərə müsahibəsində deyib.

“İki gündən sonra, artıq burada kifayət qədər bülleten hazır olanda birinci Naxçıvanda, sonra ucqar rayonlarda yerləşən dairələrin komissiyalarını dəvət edirik. Məcəllənin tələbinə uyğun olaraq nümayəndə heyətləri gəlir və bülletenləri rəsmi şəkildə təhvil alıb dairələrə çatdırırlar. Seçki gününə üç gün qalanadək onlar bülletenləri rəsmi şəkildə məntəqə seçki komissiyalarına təqdim etməlidirlər”, - deyə MSK sədri əlavə edib.

Nəşr edilib : 24.01.2024 14:01