AZ EN RU

Məzahir Pənahov: "Sabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək"

Sabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək.

"Şərq qapısı" məlumat verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sabah Azərbaycanda tarixi gündür: "Hesab edirəm ki, sabahkı seçkilərin əsas əhəmiyyəti də müasir Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Azərbaycanın əraziləri 30 ildən çox işğalda qalmışdı və 800 minə yaxın insanımız köçkün düşmüşdü. Ona görə də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs verirdi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz suverenleiyini bərpa etdi və sabah azad edilmiş ərazilərdə də səsvermə keçiriləcək".

Nəşr edilib : 06.02.2024 14:22