AZ EN RU

Məzahir Pənahov: MSK ilə əməkdaşlıq edən qurumların içərisində ən əhəmiyyətlisi media subyektləridir

Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edən və müəyyən vəzifəsi olan qurumların içərisində ən əhəmiyyətlisi media subyektləridir. Çünki jurnalistlərin fəaliyyəti nəticəsində Azərbaycan və dünya ictimaiyyəti seçkilərlə tanış olacaq.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərin şəffaf keçirilməsi, seçkilərlə bağlı ictimaiyyətdə fikir formalaşması baxımından jurnalistlərin üzərinə böyük iş düşür. Ona görə də indiyə qədər jurnalistlərin göstərdiyi fəaliyyəti yüksək qiymətləndiririk.

Nəşr edilib : 07.02.2024 09:14