AZ EN RU

Mətbuat xidməti təyin edilib

Ötən ilin aprel ayından fəaliyyətə başlayan “Naxçıvan Qaziləri” İctimai Birliyi ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış hərbçiləri, müharibə veteranlarını öz ətrafında birləşdirir. Məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir. “Naxçıvan Qaziləri” İctimai Birliyinin fəaliyyət göstərməsi üçün iş şəraitinin yaradılması dövlət orqanlarının da bu sahədəki işinə müsbət təsirini göstərəcək. Onların köməkliyi ilə qazilərin və şəhid ailələrinin çətinlikləri dövlət qurumlarına çatdırılacaq və həll ediləcək. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramovun imzaladığı əmrlə “Naxçıvan Qaziləri“ İctimai Birliyinin mətbuat xidmətinə təyinat olub. Belə ki, “Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərova “Naxçıvan Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.01.2024 18:21