AZ EN RU

Mesut Özil Azərbaycana dəstək olub

Türkiyənin "Başakşehir" klubunda çıxış edən Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Azərvaycan - Ermənistan sərhəddində baş verənlərlə bağlı paylaşım edib.

34 yaşlı yarımmüdafiəçi şəxsi instaqram hesabında öz dəstəyini nümayiş etdirib

Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsi dönəmində də eyni addımı atıb.

Nəşr edilib : 15.09.2022 16:43