AZ EN RU

Məşqçimizə UEFA lisenziyası verilib

    Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rəşad Heydərov Avropanın ali futbol qurumu UEFA-ya məxsus “C” kateqoriyalı məşqçi adına layiq görülüb. Fevral ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA tərəfindən keçirilən UEFA “C” kateqoriyalı məşqçi kurslarına qatılan Rəşad Heydərov imtahan mərhələsini uğurla adlayaraq məqsədinə nail olub. Bunun sayəsində o, UEFA-nın Məşqçilər Konvensiyasına əsasən AFFA və bu konvensiyanı imzalamış bütün digər assosiasiyaların mənsub olduğu ərazilərdə, yəni quruma üzv olan Avropa ölkələrində məşqçilik etmək səlahiyyəti qazanıb. 
    Qeyd edək ki, hazırda uşaq futbolunda məşqçilik edən Rəşad Heydərov peşəkar futbolçu karyerasında qapıçı kimi “İnter” (hazırda Şamaxı FK), “Neftçala” və “Araz-Naxçıvan” klublarında çıxış edib. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 01.06.2023 21:55