AZ EN RU

Məşqçimizə beynəlxalq sertifikat verilib

    Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası tərəfindən keçirilən cüdo məşqçiliyi sertifikat proqramına yekun vurulub. Azərbaycanın müxtəlif bölgələrindən olan 79 məşqçi beşgünlük təlimlərin sonunda beynəlxalq sertifikat əldə etmək üçün imtahan verib. 
    İmtahanı uğurla adlayaraq sertifikat qazanan məşqçilərdən biri də Naxçıvan Güləş Federasiyasının, eyni zamanda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin müəllim-məşqçisi Orxan Quliyevdir. On beş ilə yaxın məşqçilik fəaliyyəti olan 40 yaşlı cüdoçunun karyerasına nəzər saldıqda özünün və idmançılarının ölkə çempionatlarında müxtəlif əyarlı medallar qazandığını  qeyd etmək olar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

 

Nəşr edilib : 13.02.2023 19:42