AZ EN RU

Məşğələlər keçirilib

    Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
    Zabitlərin mənəvi-psixoloji dayanıqlığının qorunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədiilə keçirilən məşğələlərdə komandir heyəti müxtəlif mövzularda nəzəri dərslərdə iştirak edib.

    Komandir hazırlığında “Günün nizam qaydaları”na uyğun bölmələrdə qalx şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi bütün fəaliyyətlər nümayiş etdirilib.
    Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq göstərilib.
    Məşğələlər zamanı “Artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda dərslər keçilib və praktiki atış tapşırıqlarıicra edilib.
    Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
    Məşğələlərin yekununda bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Kənan Cəlilov

Nəşr edilib : 14.04.2022 19:40