AZ EN RU

Meşəbərpa tədbiri və təmizlik aksiyası keçirilib

Könüllülərin iştirakı ilə Babək rayon Şıxmahmud kəndi yaxınlığındakı “Şıxmahmud” meşəsində meşəbərpa tədbiri və təmizlik aksiyası keçirilib.
 “Təbiəti birgə qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü gənclər iştirak ediblər. 
Zəruri sanitar ləvazimatlarla təmin olunan aksiya iştirakçıları tullantıları meşə ərazisindən toplayıb, ətrafda səliqə-sahman yaradıblar. 
Daha sonra aksiya iştirakçıları tərəfindən meşənin yaşıllıq örtüyündən azad 2 hektar ərazisində torpaq-iqlim şəraitinə uyğun olan 150-yə yaxın müxtəlif növ meyvə dekorativ tinglər vasitəsilə meşəbərpa işləri həyata keçirilib.
Bu cür aksiyaların keçirilməsində məqsəd ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, yaşıllıqların artırılması və bərpası, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.

Nəşr edilib : 04.04.2024 16:44