AZ EN RU

Mərkəzin maddi texniki bazası gücləndiriləcək

Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək. Bu məqsədlə “Nəqliyyat vasitələrinin satın alınması”, “Maşın və avadanlıqların satın alınması”, “Qazma boruları avadanlıqları”nın satın alınması” üzrə ötən il oktyabrın 24-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqələri elan edilib. Noyabrın 23-də müsabiqələr uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumat görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “BAKU UNİVERSAL SUPPLY” MMC, “UNİSELL” MMC, “KOMFORT S” MMC şirkətləri ilə dekabrın 6-da satınalma müqavilələri imzalanıb. Mərkəzin maddi texniki bazasının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 600.000,0 manat vəsaitin 568.022,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 31.978,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 11.01.2024 15:59