AZ EN RU

Mərkəzi mətbuat orqanları əməkdaşlarına Naxçıvanda təlim keçilib

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə mərkəzi mətbuat orqanları əməkdaşlarının Naxçıvana səfəri başlayıb.
    Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
    Sonra Heydər Əliyev Muzeyinə baxış olub.
    Səfər çərçivəsində mətbuat nümayəndələri Naxçıvan Biznes Mərkəzindəki sərgi ilə tanış olub, təlimdə iştirak ediblər. 
    Təlimdə qonaqlara regionda bankların fəaliyyəti, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin iş funksiyaları haqqında təqdimat keçirilib. Həmçinin sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından cari il ərzində həyata keçirilən tədbirlər, ölkə Prezidentinin müvafiq  Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə və proqramda bank və sığorta xidmətlərinin inkişaf etdirilməsinə dair verilmiş tapşırıqlarla bağlı məlumatlar çatdırılıb.
    Günün ikinci yarısında isə mətbuat orqanlarının əməkdaşları Naxçıvan Dövlət Universiteti və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. 
    Bu gün isə mətbuat nümayəndələrinin Culfa və Ordubad rayonlarına tanışlıq məqsədilə səfərləri nəzərdə tutulub. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.10.2023 12:53