AZ EN RU

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə fəaliyyətə başlamışdır

Vətəndaşların müraciətlərinə baxılması, onları maraqlandıran məsələlər, üzləşdikləri problemlər barədə birbaşa ünsiyyət formatında məlumatlanmaq, həll yollarının tapılması eyni zamanda vətəndaşların maliyyə xidmətləri mövzusunda maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi yaradılmışdır.

Fiziki və hüquqi şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə bölməyə müraciət edə bilərlər.

Bundan əlavə İdarənin +994 60 400 22 44 whatsapp qaynar xətti də fəaliyyət göstərir. Yuxarıda qeyd olunan məsələlərə aid məlumat və sorğu xarakterli müraciətlərlə bağlı whatsapp qaynar xəttinə yazmaq mümkündür.

Nəşr edilib : 20.11.2023 15:27