AZ EN RU

Mərkəzi Bank "Naxçıvan Sığorta"nın lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib.

AMB-yə istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.

“Naxçıvansığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

Nəşr edilib : 08.12.2023 14:11