AZ EN RU

Mərhum sənətkar Aygün Bəylər Naxçıvanda pulsuz konsert verməklə Ulu Öndər Heydər Əliyevə ehtiramını bildirmişdir

Jurnalist Hikmət Həsənov Aygün Bəylərlə bağlı xatirəsini paylaşıb: 2003-cü ilin may ayında Naxçıvan şəhərində Ulu Öndərin doğum günü ilə bağlı konsert hazırlayırdıq. Siyahıda bir neçə müğənni var idi, onlardan biri də Aygün Bəylər idi. Zəngləşdik, Şıxovda bir restoranda görüşdük. Danışdıq, tədbir və səfər barədə məlumat verdim. Mənə bir cümlə işlətdi: “Mən gəlib pulsuz oxuyacam. O şəxsin adı olan yerdə pul danışmaq, adını çəkmək mənə yaraşmaz”.

  Dediyi kimi də etdi. Təbii ki, sifarişçilər bu jestinə ikiqat jestlə cavab verdilər. Amma xatirimdə belə qalıb. Ruhu şad olsun.

Nəşr edilib : 08.01.2024 12:30