AZ EN RU

“Mənim nəğməli dünyam” adlı şeir kitabının təqdimatı olub

    Şərur Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq kitabxanasında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Ünbülbanu Musayevanın “Mənim nəğməli dünyam” adlı şeir  kitabının təqdimatı keçirilib.
    Tədbirdə Uşaq kitabxanasının müdiri Mahiyyət Hüseynova, Mədəniyyət İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsər Novruzov, Rayon Veteranlar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vidadi Süleymanov çıxış edərək kitabdakı şeirlərin ədəbi-bədii mahiyyətindən danışıblar. 
    Təqdimatda şeir həvəskarları kitabda toplanmış şeirlərdən qiraət ediblər. 
    Sonda müəllif ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 25.06.2023 18:42