AZ EN RU

“Mən mühasib olmaq istəyirəm!” təliminə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və 2 fevral – Gənclər Gününə həsr olunmuş “Mən mühasib olmaq istəyirəm!” adlı üçgünlük təlimlərə yekun vurulub.

Muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslərin iştirak etdiyi təlimin yekunu olaraq biliklərin qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə test imtahanı əsasında keçirilib. İmtahan zamanı açıq və qapalı tipli olmaqla mühasibat uçotunun həm nəzəri, həm də praktiki məsələlərini əhatə edən 30 tapşırıqdan ibarət sual kitabçaları iştirakçılara təqdim edilib. Qiymətləndirmədən sonra sualların müzakirəsi aparılıb.

Sonda imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.02.2024 14:49