AZ EN RU

Mən inanıram ki, bir çox silsilə tədbirlərə birgə şahid olacağıq

“Bu əlamətdar gündə inanıram ki, gələcəkdə də muxtariyyətin faydasını, Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətləri biz birlikdə qeyd edəcəyik”.

Bu sözləri Naxçıvan Muxtar Respublikasının 100 illik tədbirində jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov deyib: “Azərbaycanın dövlətçilik tarixində mühüm yeri olan Naxçıvan Muxtar Respublikasının 100 illiyi tamam olur. Bu gün həm tarixi baxımdan həm siyasi baxımdan tək Naxçıvan Muxtar Respublikası üçün deyil, bütövlükdə, Azərbaycan dövlətçiliyi üçün mühüm bir tarixdir. Muxtariyyət Azərbaycan dövlətçiliyi üçün, Azərbaycan xalqı üçün asan başa gəlməmişdir. Bu gün muxtariyyətin əldə edilməsində zəhməti olan bütün insanları yad edirik. Ümummilli Liderimiz Heydər Əliyev 90-cı illərdə Naxçıvana gələrək, burada fəaliyyət göstərərək diyarımızın muxtariyyətini qorumuş, təhlükəsizliyini təmin etmişdir. Mən fürsətdən istifadə edərək bütün Naxçıvan Muxtar Respublikası sakinlərini, bütün xalqımızı bu gün münasibətilə təbrik edirəm. Muxtar respublikanın 100 illiyinin qeyd olunması təkcə bu günlə bağlı deyil. Muxtar respublikanın 100 illiyi ilboyu qeyd olunacaq. Mən inanıram ki, bir çox silsilə tədbirlərə birgə şahid olacağıq”.

Nəşr edilib : 09.02.2024 19:45