AZ EN RU

Memorial kompleksinin inşası aparılır.

Şanlı Zəfər tariximiz olan Vətən müharibəsi iştirakçılarının, şəhid və qazilərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında  memorial komplekslər salınması nəzərdə tutulub. Layihə çərçivəsində artıq Babək şəhərində “Şəhidlər Parkı” memorial kompleksinin inşası aparılır.

2500 kvadratmetr ərazidə salınan parkdakı abidənin hündürlüyü 9, ay-ulduz platformanın  diametri 12 metrdir. Parkda Babək şəhidlərinin rəsmlərinin əks olunduğu lövhə də  inşa edilir.

Parkın ərazisində yaşıllıq sahələri  salınacaq.

“Şəhidlər Parkı” memorial kompleksinin inşası zamanı şəhid ailələrinin fikir və təklifləri nəzərə alınıb.                                                                                        Qeyd edək ki, 2000-ci ildə Babək şəhərinin mərkəzində inşa edilən abidənin götürülməsi və ərazisinin yeni salınan “Şəhidlər Parkı” memorial kompleksinin sahəsinə daxil edilməsi nəzərdə tutulub.

Abidə kompleksinin noyabr ayında təhvil verilməsi nəzərdə tutulur.

Nəşr edilib : 03.10.2023 18:23