AZ EN RU

Məmməd Abbasbəyli: "Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə düşüb"

Bu il ərzində Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə daxil edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

O bildirib ki, bu şirkətlər 3 aydan 3 ilə qədər dövlət satınalmalarında iştirak edə bilməyəcək: "İstəyirəm ki, "qara siyahı"ya düşən şirkətlər bunu onlara qarşı hədə-qorxu kimi qəbul etməsin. Əksinə onlar satınalmalarda iştirak edə bilməyəcəkləri müddəti əskikliklərini aradan qaldırmaq, fəaliyyətlərindəki qüsurları aşkarlayaraq düzəltmək üçün fürsət kimi qəbul etsinlər".

Nəşr edilib : 13.05.2024 11:51